» » Həmkəndliləri gənc oğlanı bıçaqladı

Həmkəndliləri gənc oğlanı bıçaqladı

Bölmə: Kriminal
Həmkəndliləri gənc oğlanı bıçaqladı
Salyanda 25 yaşlı gənc bir neçə nəfər tərəfindən bıçaqlanıb.

Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Paniyev Eşqin İsmixan oğlu döş qəfəsindən və bədəninin digər nahiyələrindən 3 bıçaq yarası alıb. E.Paniyev Şirvan şəhər Xəstəxanasına döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub və əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirlən gəncin vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.

Qeyd edilir ki, hadisə E.Paniyevin həmkəndliləri tərəfindən törədilib. Həmin şəxslərin polis tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılb, araşdırma aparılır.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler