Ticarət mərkəzində atışma - Azərbaycanlı yaralandıBölmə: Kriminal
Bazar günü səhər İsrail KİV-i Petax-Tikva şəhərində odlu silahın tətbiq olunduğu hadisə haqda xəbər yayıb. "Xalqinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, İsrail polisi mətbuat xidmətinin hadisə ilə bağlı məlumatında deyilir ki, təxminən 07-də polisə Bentsion Qalis küçəsindəki ticarət mərkəzində atışma haqda informasiya daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları oradakı mühafizəçini yaralı halda aşkarlayıblar. İlkin araşdırmanın nəticələrindən məlum olub ki, zərərçəkən təxminən 30 yaşı olan Azərbaycan vətəndaşıdır. O, İsraildə daimi yaşamaq statusuna malikdir, ancaq silah gəzdirməyə hüququ yoxdur. Polis bildirir ki, zərərçəkmiş hələ müəyyən edilməmiş yolla başqa mühafizəçinin silahını əldə edib. Zərərçəkənə ilk tibbi yardım göstərilib və o, "Beylinson" xəstəxanasına çatdırılıb. Silahın sahibi dindirilmək üçün saxlanılıb. Araşdırma davam edir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|