» » Maştağa sakinindən avtomat çıxdı

Maştağa sakinindən avtomat çıxdı

Bölmə: Kriminal
Maştağa sakinindən avtomat çıxdı
Yaşadığı evdə odlu-silah-sursat gizlədən Maştağa qəsəbə sakinini saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Xalqinfo”ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinə Maştağa qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rizvan Fərzəliyevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fərzəliyev saxlanılıb.

Onun yaşadığı mənzilə baxış keçirilən zaman nömrəsi silinmiş "AKSU" markalı avtomat silahı, 27 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler