» » Qadın satıcı müştərini bıçaqladı -

Qadın satıcı müştərini bıçaqladı - BAKIDA

Bölmə: Kriminal
Qadın satıcı müştərini bıçaqladı -
Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb.

Xalqinfo.az xəbər verir ki, həmin ərazidə yerləşən mağazalardan birinə siqaret almaq məqsədilə daxil olan müştəri bıçaqlanıb.

Məlumata görə, hadisədən əvvəl bıçaqlanan şəxslə qadın satıcı arasında siqaretin qiyməti ilə bağlı mübahisə yaranıb. Mübahisə zəminində qadın satıcı 1974-cü il təvəllüdlü Ağaverdiyev Yalçın Ağamalı oğluna xəsarət yetirib.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Həkimin sözlərinə görə, xəsarət alan şəxs xəstəxanaya qarının sol nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə daxil olub. Dərhal əməliyyata götürülən Y. Ağaverdiyevin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler