» » Elçiliyə getdi, istədiyi qızı öldürdü

Elçiliyə getdi, istədiyi qızı öldürdü

Bölmə: Kriminal
Elçiliyə getdi, istədiyi qızı öldürdü

Türkiyənin Gümüşhanə vilayətində iki qohum ailə arasında qan tökülüb.

Gümüşhanə vilayətinin Şiran rayonunda evlənmək istədiyi qızgilə elçiliyə gedən gənc oğlan rədd cavabı aldıqdan sonra qızı vuraraq öldürüb.

Hadisənin yaranmasına səbəb ailələr arasında baş verən mübahisə olub. Bir dəfə də ailəsi ilə elçiliyə gələn Tacəddin adlı gənc yenidən rədd cavabı alması ilə əsəblərinə hakim ola bilməyib. Beləcə, tərəflər arasında mübahisə yaranıb və mübahisənin qızışdığını görən gənc, üzərində gəzdirdiyi silahı çıxararaq atəş açıb və onun açdığı atəş istədiyi qıza tuş gəlib.

Ağır yaralanan qız Şiran Dövlət Xəstəxanasına çatdırılıb. Orada həkimlərin ilk müdaxiləsindən sonra ağır yaralı vəziyyətdə Ərzurum Təhsil və Araşdırma Xəstəxanasına köçürülüb. Gənc qız həkimlərin göstərdiyi səylərə baxmayaraq, aldığı güllə yarasından dünyasını dəyişib.

Cinayətkar gənc isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler