» » Çamadanın qulpundan narkotik çıxdı

Çamadanın qulpundan narkotik çıxdı

Bölmə: Kriminal
Çamadanın qulpundan narkotik çıxdı
Gömrükdə çamadanın qulpunda gizlədilən narkotik vasitələr aşkar edilib.

Xalqinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı İsmayılov Elvin Nemət oğlunun çamadanı "Heimann X-Ray" rentgen yük-yoxlama qurğusundan keçirilən zaman monitorda çamadanın metal tutacağının içərisində şübhəli predmetlərin təsviri görünüb. Təkrar baxış nəticəsində isə şübhəli predmetlərin psixotrop maddə və narkotik vasitələr olduğu müəyyən edilib.

Beləliklə, gömrük əməkdaşları çamadanın metal tutacağının içərisində 8 ədəd bükümdə xalis çəkisi 101,732 qram olan metamfetamin, 2 ədəd bükümdə xalis çəkisi 10,217 qram olan qurudulmuş marixuana, 2 ədəd bükümdə xalis çəkisi 37,024 qram olan tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 15,123 qram olan həşiş qətranını aşkara çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler