» » Tariximizi xaricə qaçıranlar tutuldu

Tariximizi xaricə qaçıranlar tutuldu

Bölmə: Kriminal
Tariximizi xaricə qaçıranlar tutuldu

Azərbaycan vətəndaşının ölkə ərazisindən qanunsuz yolla əntiq mallar çıxarmaq cəhdinin qarşısı alınıb.

“Xalqinfo” “”Axar.az”-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mədəni-məişət və təsərrüfat malları, eləcə də əntiq əşyaların qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

İdarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən "DAF" markalı 99XT556/99ZC556 dövlət qeydiyyat nişanlı yük avtomobilində mal-müşayiət sənədlərində göstərilən çəki ilə faktiki çəki arasında fərq qeydə alınıb. Azərbaycan vətəndaşı Azad Mirzəbəy oğlu Mirseyfullayevin idarə etdiyi həmin avtomobilə baxış zamanı, yük yerindəki yağ qutularının altında əmtəə-nəqliyyat qaiməsində (CMR) və invoysda göstərilməyən müxtəlif ölçülü digər qutular aşkar edilib. Qutulara baxış nəticəsində külli miqdarda mədəni-məişət və təsərrüfat malları, həmçinin 25 ədəd əntiq xalça və 5 ədəd əntiq samovar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler