Uşaqlara qarşı 8 cinayət, erkən nikahla bağlı 17 FAKTBölmə: Kriminal
Ötən il Azərbaycanda orta məktəblərdə və uşaq müəssisələrində olan uşaqlara qarşı 8 cinayət faktı törədilib. Xalqinfo.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rabil Süleymanzadə bildirib. Uşaqlara qarşı törədilən cinayətlərin müxtəlif xaraketli olduğunu deyən R.Süleymanzadə bildirib ki, 2016-cı ildə uşaqlar arasında 32 intihar hadisəsi də qeydə alınıb. Onun sözlərinə görə, bundan başqa, ötən il erkən nikahla bağlı 17 fakt qeydə alınıb. Erkən nikahlarla bağlı Gəncədə 10 fakt, Qubada 5, Cəlilabad və Cəbrayılın hər birində 1 fakt qeydə alınıb. R.Süleymanzadə bildirib ki, erkən nikahlarla bağlı faktlardan 2-si üzrə cinayət işi başlayıb: “Qalanlarla bağlı isə cinayət işi başlamayıb. Çünki onlar üzrə rayon icra hakimiyyətləri tərəfindən nikah yaşının 1 il aşağı endirilməsi üçün əsaslar göstərilib”. Xalqinfo.az |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|