» » Azərbaycanda vətəndaş bankı məhkəməyə verdi

Azərbaycanda vətəndaş bankı məhkəməyə verdi

Bölmə: Kriminal
Azərbaycanda vətəndaş bankı məhkəməyə verdi
"Bir neçə həftə əvvəl Nəsimi rayon məhkəməsinin hakimi Azər Paşayevin qətnaməsinə əsasən Unibankın Antikollektorun müdafiə etdiyi vətəndaşa vurduğu mənəvi zərərə görə 1000 manat ödəməli olduğu haqda məlumat vermişdim. Həmin qərar arzuladığımız kimi presedentə çevrilir. Belə ki, analoji qətnaməni Nərimanov rayon məhkəməsinin hakimi Kəmalə Əmirxanova da qəbul edib. Özü də bu dəfə bank borcluya 2000 manat ödəməli olacaq".

Xalqinfo.az xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, vətəndaş avtomobil kreditini vaxtında ödəyə bilmədiyi üçün bank bu barədə onun iş yerinə məlumat vermiş və bununla da bank sirrini pozmuşdur:

"Məhkəmə hesab edib ki, nəticədə borclu vətəndaş mənəvi sarıntı və iztirab keçirib. Məhz buna görə də bank vətəndaşa 2000 manat ödəməlidir".

Mütəxəssis banklar tərəfindən haqqı, ləyaqəti, şərəfi tapdanan bütün vətəndaşları bir daha mübariz olmağa çağırıb.
Leyla Həsənova

Azərbaycanda vətəndaş bankı məhkəməyə verdi
Azərbaycanda vətəndaş bankı məhkəməyə verdi
Azərbaycanda vətəndaş bankı məhkəməyə verdi
Azərbaycanda vətəndaş bankı məhkəməyə verdi
Azərbaycanda vətəndaş bankı məhkəməyə verdi



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler