» » Falla "iş düzəldən" qadın məhkəmədə həbs edildi

Falla "iş düzəldən" qadın məhkəmədə həbs edildi

Bölmə: Kriminal
Falla "iş düzəldən" qadın məhkəmədə həbs edildi
Bakıda vətəndaşların falına baxaraq onları işə düzəldəcəyini vəd edərək dələduzluq etməkdə təqsirləndirilən Esmira Muradovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Xalqinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən E.Muradova 7 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan E.Muradova məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Esmira Muradova Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinir. O, Bakı sakinlərini fala baxmaq və işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler