» » Azərbaycanı hədələyəndən sonra öldürülən terrorçu - Faktlar

Azərbaycanı hədələyəndən sonra öldürülən terrorçu - Faktlar

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Azərbaycanı hədələyəndən sonra öldürülən terrorçu - Faktlar
Bir neçə gün əvvəl sosial şəbəkələrdə radikal dini təriqətlərdən birinin üzvü olduğu ehtimal edilən terrorçunun Azərbaycanı hədələməsini əks etdirən video yayılmışdı. Çox keçmədən həmin terrorçunun məhv edilməsi barədə mediada xəbərlər yayılıb və onun meyitinin fotoları ictimailəşdirilib.

Xalqinfo” xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanı terror aktları ilə hədələyən həmin şəxs əslən Kürdəmir rayonundan olan, ağır cinayətlər törətdiyinə görə əvvəllər məhkum edilmiş, 24 dekabr 1978-ci il təvəllüdlü İslamov Ramil Akif oğludur. O, təxminən 18 il əvvəl Kürdəmirdə “Qızıl Natiq” adi ilə tanınan biznesmeni qətlə yetirən qrupun üzvü olub və cinayətdən bir neçə ay sonra tutulub. Məhbus həyatı zamanı radikal dini təriqətlərdən birinin təsiri altına düşən Ramil İslamov daha sonra Azərbaycandan çıxıb və terrorçuların nəzarətində olan ərazilərdə yaşayıb.

Digər məlumata görə, Ramil İslamov Kürdəmirdə doğulub böyüsə də, sonradan Bakı şəhərinin Sabunçu rayonuna qeydiyyata düşüb.


Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Azərbaycanı hədələyəndən sonra öldürülən terrorçu - Faktlar
Azərbaycanı hədələyəndən sonra öldürülən terrorçu - Faktlar
Azərbaycanı hədələyəndən sonra öldürülən terrorçu - Faktlar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler