» » Külli miqdarda qaçaqmal siqaret tutuldu

Külli miqdarda qaçaqmal siqaret tutuldu

Bölmə: Kriminal
Külli miqdarda qaçaqmal siqaret tutuldu
Dünən Azərbaycan vətəndaşının avtomobilində külli miqdarda xarici markalı siqaret aşkar edilib.

Gömrük komitəsindən “Xalqinfo” ya daxil olan məlumata görə, Aksiz Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında əməliyyat tədbirləri keçirilib. Əməliyyat tədbirləri nəticəsində, Azərbaycan vətəndaşı Əliyev Şahin Razim oğlunun idarə etdiyi “VAZ 21074” markalı, “90 LP 367” dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı külli miqdarda aksiz markasız xarici markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler