» » Bakıda dəhşətli qəza - 8 maşın bir-birinə dəydi +Fotolar

Bakıda dəhşətli qəza - 8 maşın bir-birinə dəydi +Fotolar

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bakıda dəhşətli qəza - 8 maşın bir-birinə dəydi +Fotolar
Bakıda yük maşını zəncirvari yol qəzası törədib. "Xalqinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Prospektdəki tunelin çıxışında İmişli rayon sakini Xəlilov Savalan Komsomol oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını ətrafında hərəkətdə olan avtomobilləri vurub. Nəticədə 8 maşın bir-birinə dəyib.

Sürücünün bildirdiyinə görə, onun avtomobili çınqılla yüklü olub. Ziya Bünyadov prospektində hərəkətdə olarkən VAZ-2104 markalı avtomobil manevrlər etməklə onu çaşdırıb və nəticədə qəza baş verib. Savalan Xəlilov deyib ki, o, avtomobili aşağı sürətlə idarə edirmiş.

VAZ-2104 markalı avtomobilin sürücüsü isə KamAZ-ın yüksək sürətlə hərəkətdə olduğunu, sürücünün yüklü avtomobili saxlamaqda çətinlik çəkdiyini iddia edir. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Avtomobillərdən birindəki hamilə qadın özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. Qəzanın səbəbləri dəqiqləşdirilir.


Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Bakıda dəhşətli qəza - 8 maşın bir-birinə dəydi +Fotolar
Bakıda dəhşətli qəza - 8 maşın bir-birinə dəydi +Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler