» » Azərbaycandakı əcnəbi məhkumların cinayət növləri açıqlanıb

Azərbaycandakı əcnəbi məhkumların cinayət növləri açıqlanıb

Bölmə: Kriminal
Azərbaycandakı əcnəbi məhkumların cinayət növləri açıqlanıb
Dövlət Statistika Komitəsi 2016-cı ilin birinci yarısında məhkum olunmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayını və məhkum olunduqları cinayət növlərini açıqlayıb.

Qurumun İnformasiya va ictimaiyyətləəlaqalər şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən müddətdə cəmi 39 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin məhkumluğu qeydə alınıb.

Onlardan 2 nəfəri həyat və sağlamlıq əleyhinə olan cinayətlər, 6 nəfəri mülkiyyət əleyhinə olan cinayətlər, 9 nəfəri iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, 1 nəfəri ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər, 13 nəfəri narkorik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, 1 nəfəri ictimai mənəviyyat əleyhinə olan cinayətlər, 3 nəfəri hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər, 4 nəfəri idarəetmə qaydası əleyhinə olan cinayətlər törətmiş şəxslərdir.

Sorğuya cavab olaraq o da qeyd olunub ki, Dövlət Statistika Komitəsində əcnəbilər və vətəndaşlığı olmayan məhkum olunmuş şəxslər haqqında yaş, cins, mənsub olduğu ölkə və azadlıqdan məhrum etmə müddətləri bölgüsündə statistik müşahidə aparılmır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler