» » Polis nazirlik əməkdaşını saxladı

Polis nazirlik əməkdaşını saxladı

Bölmə: Kriminal, GÜNDƏM
Polis nazirlik əməkdaşını saxladı
Samux rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı vəzifəsindən sui-istifadə etdiyi üçün saxlanılıb.

“Xalqinfo”nun SalamNews-a istinadən xəbərinə görə, rayonun Hacallı kəndi ərazisində Gəncə sakinləri Mais Vəliyev və Bəxtiyar Qurbanov ov edərkən polis tərəfindən tutulublar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların artırılması və mühafizəsi departamentində müfəttiş vəzifəsində işləyən Mais Vəliyevin xidməti avtomobilinə polis baxışı keçirilən zaman oradan sənədləri olmayan "TOZ" markalı ov tüfəngi, 48 ədəd patron və 1 ədəd quş aşkarlanıb.

Saxlanılan hər iki şəxs barəsində araşdırma başlanılıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler