» » Bakı-Tbilisi-Qars dəmir yolunda oğurluq

Bakı-Tbilisi-Qars dəmir yolunda oğurluq

Bölmə: Kriminal
Bakı-Tbilisi-Qars dəmir yolunda oğurluq
Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsində oğurluq hadisəsi baş verib. Marabda-Axalkalaki-Qars dəmir yolu xəttində 86 kiloqram ağırlığında mis kabel oğurlanıb. Oğurlanmış kabel “Atef Georgia” MMC-yə məxsusdur.

"Xalqinfo" “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, kabel oğurluğu ilə əlaqədar olaraq 3 nəfər saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Onlardan biri Samsxe Cavaxetidəki Ninosminda rayonunda yaxalanılıb. Məlum olub ki, saxlanılan İ.P. Marabda-Axalkalaki-Qars dəmir yolunun Ninosminda hissəsində “Atef Georgia” MMC-yə məxsus 86 kiloqram həcmində mis kabeli oğurlayaraq İ.M. və B.Q. adlı şəxslərə satıb. Saxlanılan şəxslərin avtomobilinə baxış zamanı oğurlanan kabel maddi sübut kimi götürülüb.

İlkin hesablamalara görə, “Atef Georgia” MMC-yə 1558 ABŞ dolları və 2050 lari dəyərində ziyan dəyib.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler