» » “Sınıq Körpü”də əməliyyat -

“Sınıq Körpü”də əməliyyat - 40 kiloqram barıt aşkarlandı

Bölmə: Kriminal
“Sınıq Körpü”də əməliyyat -
"Sınıq Körpü" Gömrük Postunda gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib.

Xalqinfo”nun Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" Gömrük Postunda Gürcüstandan ölkəmizə minik maşını ilə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq, şifahi sorğu-sual aparılıb.

Ona idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilib. Həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunası hər hansı predmet olmadığını bildirib. Avtomobilə keçirilən gömrük baxışı zamanı isə nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən, xüsusi düzəldilmiş gizli-saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler