» » “Əli Abbasov gəlməyənə qədər...” -

“Əli Abbasov gəlməyənə qədər...” - Vidadi Zeynalov məhkəmədə

Bölmə: Kriminal
“Əli Abbasov gəlməyənə qədər...” -

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqinfo.az xəbər verir ki, “Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin məhkəməyə gəlmədiyi məlum olub.

Hakim bildirib ki, həmin şəxslər barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, polis qərarı icra etməyib və şahidlər bugünkü prosesdə iştirak etməyib.

Təqsirləndirilən Vidadi Zeynalova sərbəst çıxış üçün söz verilsə də, o, bundan imtina edib: “Əli Abbasov məhkəməyə gəlməyənə qədər danışmayacağam”.

Məhkəmə prosesi fevralın 8-də davam etdiriləcək.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler