DİN və DTX Qəbələdə əməliyyat keçirdi - Dini ədəbiyyatlarla bağlıDaxili İşlər Nazirliyi (DİN) Qəbələdə qanunsuz dini ədəbiyyatlarla bağlı əməliyyat keçirilməsi barədə məlumat yayıb. “Xalqinfo”nun məlumatına görə, DİN-in Qəbələ RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Bum qəsəbə sakinləri Gülsurə Əliyevanın, Mahir Musayevin və Əfqan Aslanovun evlərindən ümumilikdə dini təyinatlı 92 ədəd kitab, 13 ədəd jurnal, 4 ədəd qeyd dəftəri, 51 ədəd CD və DVD disklər, 5 ədəd yaddaş kartı, eyni zamanda, 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|