Bıçaqlanan taksi sürücüsü öldüBölmə: Kriminal
Yanvarın 17-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində qeydə alınan quldurluq hadisəsində xəsarət alan Gəncə sakini dünyasını dəyişib. "Xalqinfo" ARB Kəpəzə istinadən xəbər verir ki, çoxsaylı xəsarət alan 59 yaşlı Namiq Babayev əməliyat edilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, 3 gün öncə Namiq Babayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobilə əyləşən şəxs, onu yaşadığı Seyfəli kəndinə aparmasını xahiş edib. Yolun yarısında avtomobilin idarəetməsinə mane olan sərnişin sürücüyə bıçaqla müxtəlif bədən xəsarətləri yetirib. Daha sonra Namiq Babayevi avtomobilindən düşürərək, cibindəki 2 manat pulu və telefonu çıxardıqdan sonra həmin avtomobilə əyləşərək, ərazidən uzaqlaşıb. Yaralı isə ətrafdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstənin vəziyyəti ağır olduğundan Gəncədəki özəl klinikalardan birinə yerləşdirilmişdi. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Seyfəli kəndi ərazisində saxlanılıb. Sürücü, avtomobil təmiri ilə məşğul olan Kamal Kərimov izahatında maşını həmkəndlisi Eşqin Murtuzovdan 500 manata aldığını bildirib. Hazırda Faktla əlaqədar cinayət işi başlanılıb. RPŞ tərəfindən cinəyətkarın tutulması BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|