» » “Mercedes” aşdı -

“Mercedes” aşdı - Sürücü yaralandı, xanımı isə öldü

Bölmə: Kriminal
“Mercedes” aşdı -

Cəlilabadda Qarazəncir kəndində “Mercedes” markalı minik avtomobili aşıb. Bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

"Xalqinfo" APA-ya istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Həcər Bayramova aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində keçinib. Həyat yoldaşı, avtomobilin sürücüsü Musa Bayramovun vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, hadisə rayonun ərazisində qeydə alınıb. Astara isdiqamətində hərəkətdə olarkən qarşıdan gələn “Mercedes” markalı mikroavtobusla toqquşub. İdarəetməni itirən sürücü avtomobili dirəyə çırpıb.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler