» » Qardaşını güllələyənə həbs verildi -

Qardaşını güllələyənə həbs verildi - 18 il

Bölmə: Kriminal
Qardaşını güllələyənə həbs verildi -

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını güllələyib öldürən Azad Rəşidzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Xalqinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə A.Rəşidzadə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Şamaxı rayonunda baş verib. Rusiyadan toya gələn A.Rəşidzadəyə anası qardaşı ilə ailəsinin arasında olan problemi həll etməsini istəyib. Əlində silah olan A.Rəşidzadə qardaşı arvadına yaxınlaşıb, lakin əsəbi söhbət insidentlə yekunlaşıb. İttihama görə, A.Rəşidzadə qardaşı Azəri sinəsindən, öz arvadını əlindən güllələyib. Sonra isə yerdə yıxılan qardaşını başından təpikləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler