» » Bıçaqladı, 2 manatı götürüb getdi

Bıçaqladı, 2 manatı götürüb getdi

Bölmə: Kriminal
Bıçaqladı, 2 manatı götürüb getdi

DİN sərnişinin taksi sürücüsünün bıçaqlaması ilə bağlı məlumat yayıb.

"Xalqinfo" xəbər verir ki, məlumatda qeyd olunur ki, yanvarın 17-də saat 18 radələrində Gəncə şəhərində naməlum şəxs şəhər sakini Namiq Babayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qismində oturub Şəmkir rayonunun Seyfəli kəndinə gedəcəyini bildirib. Seyfəli kəndi ərazisində həmin şəxs N.Babayevə bıçaqla xəsarət yetirib 2 manat pulunu, mobil telefonunu alaraq və onu avtomobildən düşürərək hadisə yerini tərk edib.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Seyfəli kəndi ərazisində saxlanılıb. Onu idarə edənin Kamal Kərimov olması müəyyən edilib.

K.Kərimov izahatında avtomobili həmkəndlisi Eşqin Murtuzovdan 500 manata almasını bildirib.
Faktla əlaqədar cinayət işi başlanılıb. RPŞ tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler