» » Çovdarov jurnalistləri istəyir, nəzarətçi yox -

Çovdarov jurnalistləri istəyir, nəzarətçi yox - “MTN işi”ndə müəmma

Bölmə: Kriminal, MANŞET
Çovdarov jurnalistləri istəyir, nəzarətçi yox -

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə açıq məhkəmə iclaslarına jurnalistlərin buraxılmaması müzakirə olunub.

A.Çovdarovun vəkili Kamandar Nəsibov jurnaslistlərə hakim H.Həsənovun onlara zala buraxılması üçün razılıq verdiyini deyib. Lakin məhkəmə binasının nəzarətçisi olan polis əməkdaşı media nümayəndələrinin girişinə icazə verməyib. O bildirib ki, Həbib Həsənov ona jurnalistləri buraxmamaq barədə göstəriş verib. H.Həsənov isə polisə belə bir tapşırıq vermədiyini deyib.

Ötən iclasda general Akif Çovdarov da media əhlinin prosesdə iştirak etməsini istədiyin deyib və iclaslara gizli girən jurnalisti ifşa edib: “Arxada oturan bığlı kişi burada olanları qərəzli şəkildə yazır”.

Həmin şəxs zərərçəkmişlərdən birinin nümayəndəsi olduğunu desə də, onun yalan danışdığı bəlli olub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler