» » Taksiyə mindi, sürücünü bıçaqladı

Taksiyə mindi, sürücünü bıçaqladı

Bölmə: Kriminal
Taksiyə mindi, sürücünü bıçaqladı

Şəmkir rayonunda taksi sürücüsü sərnişini tərəfindən bıçaqlanıb.

"Xalqinfo" "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Çinarlı qəsəbəsində baş verib.
Belə ki, naməlum şəxs taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobilə əyləşərək sürücü, Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Babayev Namiq İdris oğluna onu Seyfəli kəndinə aparmasını deyib. Yolda sərnişin sürücünü bıçaqla hədələyərək avtomobili saxladıb və daha sonra onu bıçaqlayaraq oradan uzaqlaşıb.

Yaralı yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler