» » Rüşvət alan direktorla bağlı qərar -

Rüşvət alan direktorla bağlı qərar - Sabaha qaldı

Bölmə: Kriminal
Rüşvət alan direktorla bağlı qərar -

Bu gün Şirvan Apelyasiya Məhkəməsində 160-a yaxın tələbəsindən rüşvət aldığı üçün həbs edilən Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilir.

Xalqinfo”nun verdiyi xəbərə görə, prosesə hakimi Amil Dosiyev rəhbərlik edir. Ə. Həmzəyevlə bağlı qərar veriləcəyi gözlənilir. Hazırda tərəflər müdafiə çıxışları edir.

Xatırladaq ki, bir neçə dəfə Ə. Həmzəyevin apelyasiya şikayəti üzrə məhkəmə iclası müxtəlif səbəblərdən təxirə salınıb.

Qeyd edək ki, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3-cü bəndinin bütün bölmələri üzrə ittiham edilib. Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

***

Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənlər Əlihəsən Həmzəyev və Aqil Veysəlovun şikayətlərinin təmin edilməməsini istəyib.

Ə.Həmzəyevin vəkili Ramiz Hacılı və A.Veysəlovun vəkili Əfsər Talıbov şikayətin təmin edilməsini, müdafiə etdikləri şəxslər barəsində bəraət hökmü verilməsini istəyiblər.

Digər təqsirləndirilən Azadə Səfərovanın vəkili Cavid Rzazadə çıxış edərək A.Veysəlovun şikayəti ilə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxdığını deyib və bildirib ki, veriləcək qərar hüquqlarını müdafiə etdiyi A.Səfərovun mənfeyinə toxunmur.

C.Rzazadə Ə.Həmzəyevin şikayətinin isə təmin olunmamasını istəyib: “Əgər ona bəraət verilərsə, bu o deməkdir ki, Azadə Səfərova Əlihəsən Həmzəyevin adından pulu yığıb və özünə götürüb. Bu isə belə deyil”.

Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler