» » Maralgöldə güllə atanlar cərimələndi -

Maralgöldə güllə atanlar cərimələndi - 2 nəfər işdən çıxarıldı

Bölmə: Kriminal
Maralgöldə güllə atanlar cərimələndi -

Göygöl Milli Parkının Maralgöl ərazisində 3 yanvar 2017-ci il tarixində müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yayılan görüntüləri dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən təhlil edilib və qanunu pozan 7 nəfərdən ibarət qrupun dairəsi tam müəyyən olunaraq şəxsiyyətləri dəqiqləşdirilib.

Nazirliyin mətbuat xidmətindən “Xalqinfo”ya daxil olan xəbərə görə, qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən onların hər biri 600 manat olmaqla ümumilikdə 4200 manat məbləğində cərimə edilib.

Eyni zamanda Göygöl Milli Parkının Maralgöl sahəsinin mühafizəsinə cavabdeh olan 2 əməkdaşı tutduğu vəzifədən azad edilib, Milli Parkın direktoruna isə töhmət verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl bir qrup şəxs Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsi ilə qanunsuz olaraq Göygöl Milli Parkının ərazisinə daxil olub və Maralgöldə, icazə verilməyən yerdə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler