» » Bacısını oğlanla gördü, dalaşdı - 14 yaşlı məktəblinin qətlində şok detal

Bacısını oğlanla gördü, dalaşdı - 14 yaşlı məktəblinin qətlində şok detal

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bacısını oğlanla gördü, dalaşdı - 14 yaşlı məktəblinin qətlində şok detal

Dünən Bərdə rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxıb. "Xalqinfo" lent.az-a istinadən xəbər verir ki, Mirzəcəfərli kəndi ərazisində 18 yaşlı Tapdıq Mustafalının 14 yaşlı Həsrət Mirzəməmmədovu otlaq sahəsi üstündə deyil, başqa səbəbdən qətlə yetirməsi məlum olub.

Araşdırmalar zamanı müəyyən edilib ki, H.Mirzəmmədov hadisədən bir neçə gün əvvəl Tapdıqı bacısı ilə görüb. O, özündən 4 yaş böyük olan T.Mustafalıdan bir də bacısına yaxın durmamasını tələb edib. Bu səbəbdən onlar arasında dava-dalaş baş verib. 14 yaşlı oğlanın başına zərbələr endirib onu öldürən T.Mustafalı meyiti kanala ataraq qaçıb. Çox keçmədən polis əməkdaşları onu yaxalayıb.

Qeyd edək ki, ilkin məlumatda Tapdıq Mustafalı ilə Həsrət Mirzəməmmədovun otlaq sahəsinə görə dalaşdığı bildirilirdi.

Onu da qeyd edək ki, orta məktəbin 7-ci sinif şagirdi olan Həsrət xeyli vaxt imiş ki, dərsə getmirmiş və hadisə günü də məktəbə yollanmayıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler