» » Azərbaycanda 13 yaşlı yeniyetmə öldürülərək su kanalına atıldı - Yenilənib

Azərbaycanda 13 yaşlı yeniyetmə öldürülərək su kanalına atıldı - Yenilənib

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda 13 yaşlı yeniyetmə öldürülərək su kanalına atıldı - Yenilənib

Bərdədə qətl hadisəsi baş verib.

Xalqinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Mirzəcəfərli kəndində olub.

Kənd ərazisində fermada yaşayan Yevlax rayonu Qoyun Binəsi kənd sakini, 1999-cu il təvəllüdlü Mustafalı Tapdıq Əlifəsiyyət oğlu qonşuluqda yaşayan Kəlbəcər rayonundan olan məcburi köçkün, 2003-cü il təvəllüdlü Mirzəməmmədov Həsrət Sabir oğlunu döyərək öldürüb.

Bərdə rayon Polis Şöbəsindən APA-ya bildiriblər ki, hadisə yerindən qaçan T. Mustafalı polis tərəfindən yaxalanaraq istintaqa cəlb edilib.

T. Mustafalı ilkin ifadəsində yeniyetməni otlaq sahəsinə görə yaranan münaqişə zəminində öldürdüyünü deyib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb.

***

Bərdədə yeniyetmənin qətlinin təfərrüatları məlum olub.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, öldürülən H. Mirzəməmmədovun atası İsmət Mirzəməmmədov bildirib ki, oğlu küt alətlə başından vurularaq öldürülüb və su kanalına atılıb.

Məlum olub ki, qətlə yetirilmiş şəxs 7-ci sinif şagirdidir. Ağdaş rayonunun Aral-1 kəndində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkün, 2003-cü il təvəllüdlü H. Mirzəməmmədov Bərdədə çobanlıq edirmiş. Hadisə H. Mirzəməmmədov otlaq sahəsində heyvanları otararkən baş verib.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler