» » Goranboyda qaz partladı -

Goranboyda qaz partladı - Qadın yandı

Bölmə: Kriminal
Goranboyda qaz partladı -

Goranboyda qaz partlayıb, xəsarət alan var.

"Xalqinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Nəhayət Cabbarova evin hamamında qaz sobasına odun yığaraq üzərinə neft töküb. Qazın gəlişindən xəbərsiz olan qadın kibriti çəkən zaman partlayış baş verib.

Ağır yanıq xəsarətləri alan N. Cabbarova Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona 4-cü dərəcəli yanıq (bədənin 90 faizinin yandığı) diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler