» » İtkin bacısını ödürdüyü deyilən qardaş azadlıqda

İtkin bacısını ödürdüyü deyilən qardaş azadlıqda

Bölmə: Kriminal
İtkin bacısını ödürdüyü deyilən qardaş azadlıqda

Lənkəranda bacısının qətlində şübhəli bilinərək tutulan, əməli sübuta yetirilmədiyi üçün sonradan sərbəst buraxılan Fuad Ağayev yenidən Xoşqədəm Hidayətqızının verilişinə çıxıb.

"Xalqinfo" Lent.az-a istinadən xəbər verir ki, tutulmamışdan əvvəl də telekanala müraciət edən F.Ağayev bacısı Nazəndə ilə birgə verilişə gəlib. Burada məlum olub ki, 2012-ci ildə Təranə Ağayeva itkin düşməzdən 2 ay əvvəl evdən qaçıbmış. Daha sonra isə o, birlikdə qaçdığı oğlanın onu yarı yolda atması səbəbindən evə qaytarılıb. Polislər gecə saatlarında gənc qızı meşəlikdən tapıb bölməyə gətiriblər və daha sonra o, ailəsinə təhvil verilib. Hadisədən bir müddət sonra isə T.Ağayeva yoxa çıxıb.

F.Ağayev bildirib ki, bacısı qeyri-sağlam həyat tərzi sürən şəxslərlə münasibətdə olub və onlar Təranəni yoldan çıxarıb.

Hazırda T.Ağayevanın ölüsündən, ya dirisindən xəbər yoxdur.

Qeyd edək ki, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində itkin düşdüyü deyilən 24 yaşlı Təranə Ağayevanın qardaşı tərəfindən öldürüldüyü bildirilsə də, bu iddia təsdiqini tapmayıb və polis tərəfindən saxlanılmış Fuad Ağayev sərbəst buraxılıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler