» » 18 yaşlı Emin siqaret üstündə öldürülübmüş... -

18 yaşlı Emin siqaret üstündə öldürülübmüş... - Təfərrüat

Bölmə: Kriminal
18 yaşlı Emin siqaret üstündə öldürülübmüş... -

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda 18 yaşlı Emin Abdullayev öldürülüb.

Xalqinfo” ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Səttərxan küçəsində qeydə alınıb.

Gənc ayaqqabısını təmir etdirib evə geri dönürmüş. Bu zaman rayon sakini 16 yaşlı yeniyetmə ona yaxınlaşaraq siqaret istəyib. Emin istifadə etmədiyini bildirdikdə yeniyetmə qəzəblənib. Yaranan mübahisə qanla nəticələnib. Yeniyetmə üstündəki bıçaqla universtet tələbəsi olan Eminin ürək nahiyəsindən bıçaq zərbəsi endirib. Gənc aldığı xəsarətdən elə hadisə yerində dünyasını dəyişib. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçsa da sonradan polisin keçirdiyi əməliyyatla saxlanılıb.

Mərhumun qohumu hadisə haqda bunları danışıb: “Siqaret almaq istəyəndə deyib ki, mən siqaret çəkən deyiləm. Deyib onda get mənə siqaret al. Cavab verib ki, mən yolüstündəyəm, Bakıya çıxıram, bir də maqazinə gedib gəlməyim. Deyib ki, evdə dalaşıb çıxmışam əsəbiləşmişəm, əgər siqaret almasan səni bıçaqlayacağam. Bu da gözləməyib ki, bıçaqlaya”.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler