» » Bakıda polkovnikin müəllim xanımı faciəvi şəkildə öldü - Foto

Bakıda polkovnikin müəllim xanımı faciəvi şəkildə öldü - Foto

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bakıda polkovnikin müəllim xanımı faciəvi şəkildə öldü - Foto

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bakıda “BakuBus”ın avtobusu ilə “Nissan Qasqai”ın toqquşması nəticəsində minik avtomobilinin qadın sürücüsü ölüb.

Xalqinfo”nun Criminal.az-a istinadən məlumatına görə, ölən 1967-ci il təvəllüdlü Sevda İsmayılova Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi imiş.

Universitetin ''İnformatika'' kafedrasının müəllimi Sevda İsmayılova qəzadan sonra xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

S.İsmayılova Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının müəllimi idi.

S.İsmayılovanın həyat yoldaşı isə polis zabitidir, polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' istirahət Mərkəzinin baş mühasibidir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Bakıda polkovnikin müəllim xanımı faciəvi şəkildə öldü - Foto
Bakıda polkovnikin müəllim xanımı faciəvi şəkildə öldü - Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler