» » Əl yükündə metadon aşkarlandı

Əl yükündə metadon aşkarlandı

Bölmə: Kriminal
Əl yükündə metadon aşkarlandı

Gömrükdə əl yükündə metadon adlı dərman preparatı aşkar edilib.

Xalqinfo” xəbər verir ki, bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Astara Gömrük İdarəsində İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən monitorda şübhəli cizgilər müşahidə edilib. Gömrük əməkdaşı tərəfindən saxlanılan həmin şəxsin əl yükünə təkrar baxış zamanı içərisində dərman preparatları olan sellofan torbada, istehsal qablaşması pozulmuş vəziyyətdə 115 ədəd həb şəklində metadon aşkar olunub.

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 115 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 4,6 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler