» » Bakıda atışma - Kriminal qruplaşmalar arasında

Bakıda atışma - Kriminal qruplaşmalar arasında

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bakıda atışma - Kriminal qruplaşmalar arasında

Bakıda silahlı insident olub.

Xalqinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə ötən gecə Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən "Nənəmin Təndiri" kimi tanınan iaşə obyektinin yaxınlığında baş verib.

Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər. Hadisənin iştirakçılarının tutulması istiqamətində axtarışlar davam etdirilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler