» » Bakıda məşhur plazada atışma - Başından güllələdilər + Yenilənib

Bakıda məşhur plazada atışma - Başından güllələdilər + Yenilənib

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bakıda məşhur plazada atışma - Başından güllələdilər + Yenilənib

Bakıda ofisdə qətl hadisəsi baş verib.

"Xalqinfo" "Report"a istinadən xəbər verir ki, hadisə İraq Hava Yollarının Bakı ofisində qeydə alınıb.
Orta yaşlı naməlum şəxs ofisdə işləyən qızın baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

***

SalamNews-un xəbərinə görə, qətli törətməkdə şübhəli bilinən Elşən Bəşirov saxlanılıb.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə baş verən ofis "Xətai" metro stansiyasının yaxınlığındakı məşhur plaza "Demirchi Tower"də yerləşir.

***

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalı İraqın Azərbaycandakı səfirinin müavininin qardaşıdır.

Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler