» » Bakıda 88 saylı avtobus qəza törətdi

Bakıda 88 saylı avtobus qəza törətdi

Bölmə: Kriminal
Bakıda 88 saylı avtobus qəza törətdi

Bakıda daha bir avtobus qəzası qeydə alınıb. 88 saylı avtobus Səbail rayonu, Rəşid Behbudov küçəsində qəza törədib.

Xalqinfo”nun virtualaz.org-a istinadən məlumatına görə, idarəetməni itirən avtobus minik maşınına çırpılıb.

Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən isə deyiblər ki, ilkin məlumatlarda hadisəyə minik maşınının sürücüsünün günahkar olduğu bildirilib. “Minik maşınının sürücüsü qırmızı işıqda hərəkət etdiyi üçün qəza baş verib. Yol polisi tərəfindən aparılan araşdırmadan sonra hadisəyə qiymət veriləcək”, - mərkəzdən söyləyiblər.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, dekabrın sonundan indiyədək avtobusların iştirakı ilə 7 qəza baş verib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler