» » Gecə klubunda ölən qızın meyiti -

Gecə klubunda ölən qızın meyiti - Bakıya göndərilib

Bölmə: Kriminal
Gecə klubunda ölən qızın meyiti -

İstanbulda Yeni il gecəsi “Reina” əyləncə mərkəzindəki terror hadisəsində həyatını itirən azərbaycanlı Nuranə Həsənovanın meyiti Azərbaycana göndərilib.

Xalqinfo” “APA”ya istinadən məlumatına görə, meyit ötən gecə təyyarə ilə Bakıya yola salınıb.

1988-ci il təvəllüdlü Rusiya vətəndaşı Nurana Həsənovanın meyiti İstanbuldakı tibbi ekspertiza qurumundan alınıb.

Tibbi ekspertiza qurumundan APA-ya bildirilib ki, indiyə qədər qurumda terror hücumunda həyatını itirən fələstinli qızın meyitindən başqa meyit qalmayıb. Qeyd olunub ki, əcnəbi vətəndaşların meyitləri İstanbul aeroportunun karqo bölümünə təhvil verilib.

Qeyd edək ki, Rusiyanın “Kommersant” qəzetinin internet saytında Nuranə Həsənovanın meyitinin yanvarın 2-də Azərbaycana göndərildiyi bildirilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler