» » Qıza görə özünü öldürdü-Biləsuvar

Qıza görə özünü öldürdü-Biləsuvar

Bölmə: Kriminal, MANŞET
Qıza görə özünü öldürdü-BiləsuvarBiləsuvar rayonunun Əsgərabad kəndində 35 yaşlı gəncin intiharının bəzi təfərrüatları məlum olub.

Xalqinfo.az Publika.az-ın aznews.az-a istinadən verdiyi məlumata əsasən bildirir ki, Əsgərabad kənd sakinlərinin verdiyi məlumata görə, Elşən Nəciyev özünü dayısına məxsus evdə asıb: "Onun dayısı şəhərdə yaşayırdı. Dayısı öz evini Elşənə verib ki, orda qalsın, həm də nəzarət eləsin. Səhhətində heç bir problem yox idi. Ailə təsərrüfatla məşğul olub. Mal-qara saxlayıblar, öz əllərinin zəhməti ilə dolanırlar. Elşən də işləyib ailəsinə kömək edirdi”.
Kənd sakinləri deyir ki, Elşən Nəciyevin kəndə istədiyi qız olub: "Ailə qurmaq istəyib, qıza elçi göndərib, verməyiblər. Deyirlər ki, o, buna görə intihar edib”.
Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Elşən Möhübbət oğlu Nəciyev yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Kainat Şirin

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler