» » Bir evin qənimləri tutulub - OĞURLUQ

Bir evin qənimləri tutulub - OĞURLUQ

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bir evin qənimləri tutulub - OĞURLUQSumqayıtda bir evdən iki dəfə oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

Xalqinfo.az Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata əsasən bildirir ki, ötən il dekabrın 31-nə keçən gecə Sumqayıt şəhərində yaşayan Həsən Fərhadovun evindən açar seçmək yolu ilə 2400 ABŞ dolları və 300 manat pul oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini Tacir Həsənov, Sumqayıt şəhər sakinləri Rüfət Nəsirov və Azad Aslanov tutulublar.

R.Nəsirovun ətrafinda aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Ruslan Mirzəyevlə birgə ötən ilin oktyabr ayında H.Fərhadovun evindən 5200 ABŞ dolları oğurlaması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.Mirzəyev də saxlanılıb.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Kainat Şirin

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler