» » Göyçayda “VAZ 2107” ilə “Mercedes” toqquşdu -

Göyçayda “VAZ 2107” ilə “Mercedes” toqquşdu - Ər-arvad yaralandı

Bölmə: Kriminal
Göyçayda “VAZ 2107” ilə “Mercedes” toqquşdu -

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Xalqİnfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay şəhərində qeydə alınıb.

Məlumata görə, “VAZ 2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay şəhərinin Bakı küçəsindəki 25 saylı mənzildə yaşayan, 1993-cü il təvəllüdlü Elnur Rəhimov və onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əzizə Salmanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralıların vəziyyəti normallaşıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler