» » Avtomobil Ağdaşda ağsaqqalı

Avtomobil Ağdaşda ağsaqqalı öldürdü

Bölmə: Kriminal
Avtomobil Ağdaşda ağsaqqalı  Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini Nəzərov İlqar Söhbət oğlu idarə etdiyi VAZ-2106 markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1947-ci il təvəllüdlü Məmmədov Tehran Abış oğlunu vurub.

T.Məmmədov ağır bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin ilkin tibbi yardımına baxmayaraq, xəsarət alan şəxs dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Əlaqə üçün E-mail: xalqinfo@mail.ru



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler