» » Bakıda evdə yanğın -

Bakıda evdə yanğın - Zəhərlənən var

Bölmə: Kriminal
Bakıda evdə yanğın -

Paytaxtda yanğın hadisələri qeydə alınıb.

Xalqİnfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, səkkizmərtəbəli yaşayış binasının 7 və 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 5 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 7-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları və 8-ci mərtəbədə digər vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin lambirdən ibarət tavanı 4 kv.m sahədə (ümumi 144 kv.m) yanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 07:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan taxta konstruksiyadan ibarət, birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 kv.m sahədə və bir otağında ev əşyaları 10 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler