» » Üç il əvvəlki cinayətin üstü açıldı

Üç il əvvəlki cinayətin üstü açıldı

Bölmə: Kriminal
Üç il əvvəlki cinayətin üstü açıldı

2013-cü il may ayının 15-də Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın evində sobanın üstündə yanmış meyiti tapılmışdı.

Xalqİnfo” xəbər verir ki, DİN-in yaydığı xəbərdə bildirilir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə qeyd edilən tarixdə F.Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları Elgün Həşimov, Yaqut Əliyeva və Xanım Həsənovanın onu elektrik sobasının üstünə itələyib yıxaraq oradan 9100 manat pul və qızıl əşyalar aparmaları müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə E.Həşimov, Y.Əliyeva və X.Həsənova saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılmış, araşdırma aparılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler