» » Səfirin qətlini xanımı sifariş edib -Təfərrüatları

Səfirin qətlini xanımı sifariş edib -Təfərrüatları

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Səfirin qətlini xanımı sifariş edib -Təfərrüatları

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridisin qətlini xanımı Fransuaza Amiridis sifariş edib.

XalqInfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, cinayəti törədənlərdən birinə 80 min real (təxminən 25 min dollar) ödəyəcəyinə söz verib.

Bu barədə cümə günü təşkil olunan mətbuat konfransında Rio-de- Janeyro polis müstəntiqi Pontes Maqalyais deyib. O, bunu saxlanılanların ifadəsi əsasında söyləyib.

Bundan əlavə saxlanılan hərbi polis Serjiu Moreyrı Filyo ilə Fransuaza Amiridis arasında gizli eşq münasibətinin olduğuda məlum olub. O, səfirin xanımına olan sevgisini və cinayəti törətdiyini etiraf edib.

Öldürülən səfirin xanımı Fransuaza isə cinayətdə günahının olmadığı bildirib. Onun sözlərinə görə, hadisə barədə yalnız ertəsi gün qonaq otağındakı divanın üstündə qan ləkələrini görəndə bilib. Bununla belə qadın sevgilisini ələ verməmək qərarına gəlib. Bundan başqa, səfirin xanımı diplomat onu dəfələrlə döydünü bildirib.

Rio-de-Janeyro məhkəməsi hər üç şübhəlinin saxlanmasına order verib. Onlar ən azı 30 gün həbs qalacaqlar.

Faktla bağlı araşdırmalar davam edir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Səfirin qətlini xanımı sifariş edib -Təfərrüatları
Səfirin qətlini xanımı sifariş edib -Təfərrüatları
Səfirin qətlini xanımı sifariş edib -Təfərrüatları

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler