» » Gömrükdə içki əməliyyatı

Gömrükdə içki əməliyyatı

Bölmə: Kriminal
Gömrükdə içki əməliyyatı

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə nəqliyyat vasitəsində Azərbaycanın aksiz markası ilə markalanmayan spirtli içkilərin olması barədə məlumat daxil olub.

Xalqİnfo”nun Dövlət Gömrük Mətbuat Xidmətinə istinadən məlumatına görə, yaradılan əməliyyat qrupu tərəfindən nəqliyyat vasitəsi saxlanılaraq Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib və burada avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 10 adda 406 ədəd müxtəlif markalı spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler