» » Yanan binaya görə 4 il həbs istənildi

Yanan binaya görə 4 il həbs istənildi

Bölmə: Kriminal
Yanan binaya görə 4 il həbs istənildi

Xətaidə yanan binaya görə tutulanlara cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Xalqİnfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək F.Sadıqovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin, onun barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti cəza verilməsini istəyib.

Dövlət ittihamçısı Zaur Əşrəfova 3 il sınaq müddəti olmaqla şərti cəza verilməsini, mərhum Nüsrət Muxtarov barəsində cinayət işinə xitam verilməsini istəyib.

Qeyd edək ki, Nüsrət Muxtarov təcridxanada vəfat edib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler