» » “O mənə kobud cavab verdi” - Çovdarov

“O mənə kobud cavab verdi” - Çovdarov

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
“O mənə kobud cavab verdi” - Çovdarov

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqİnfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, sabiq MTN əməkdaşı, polkovnik-leytenant İlqar Aşurbəyov ifadə verib.

O bildirib ki, Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov onun idarəsində işləyəndə ona ayrıca otaq vermədiyi üçün general ona təzyiq etməyə başlayıb və nəticədə onun işdən çıxarılmasına nail olub: “Akif Çovdarov bundan sonra mənə hədə-qorxu gələrək 300 min manat alıb. Məni ailəmlə təhdid edirdilər”.

Akif Çovdarov məhkəmədə çıxış edərək İ.Aşurbəyov iddialarına münasibət bildirib. O deyib ki, Aşurbəyov barədə nazir Eldar Mahmudova məruzə etdiyi üçün o cəzalandırılıb: “Nazir mənə bir işlə bağlı tapşırıq verdi, həmin iş də İlqar Aşurbəyovda idi. İlqarla bu məsələni danışanda mənə kobud cavab verdi. Mən də bunu nazirə dedim, o da İlqarı cəzalandırdı. İndi Aşurbəyov buna görə məndən qisas almaq istəyir”.

Bundan sonra ötən iclasda adı hallanan DTX əməkdaşı Anar Abdinov ifadə verib. Zərərçəkən Tofiq İbrahimov məhkəmədə Akif Əliyev və Orxan Osmanovun hədə qorxusu ilə tələb olunan pulu həmin vaxt MTN əməkdaşı olan Anar Abdinova verdiyini bildirib. A.Abdinov isə T.İbrahimovdan heç bir pul almadığını deyib.

Məhkəmə prosesində fasilə elan olunub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler