» » Prokuror arvadını bıçaqlayan Ayxana 15 il istəyib

Prokuror arvadını bıçaqlayan Ayxana 15 il istəyib

Bölmə: Kriminal
Prokuror arvadını bıçaqlayan Ayxana 15 il istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Xalqİnfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Dövlət ittihamçısı çıxış edərək A.Məmmədovun 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, A.Məmmədov "Gülər Əhmədova olayı" ilə tanınan Sevinc Babayevanın oğludur. A.Məmmədov 2016-cı ilin fevralın 4-də Binəqədi qəsəbəsində yaşadığı evdə arvadı Günay Məmmədovanı bədənin bir neçə nahiyəsindən, baş, sinə və kürək nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən G.Məmmədovanın həyatını xilas etmək mümkün olub.

A.Məmmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler