» » Futbolçunun törətdiyi qəza ilə bağlı cinayət işi açıldı

Futbolçunun törətdiyi qəza ilə bağlı cinayət işi açıldı

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Futbolçunun törətdiyi qəza ilə bağlı cinayət işi açıldı

“Qarabağ” Futbol Klubunun qapıçısı Emil Balayevin törətdiyi qəza ilə bağlı cinayət işi başlanılıb.

Xalqİnfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Babayev Emil Nazim oğlunun idarə etdiyi BMW X5 markalı 10 OH 111 dövlət qeydiyyat nişanlı avtomobillə 1985-ci il təvəllüdlü Bağırov Əbdülbağır Zərbi oğlunun idarə etdiyi “Mercedes 180” markalı 10 RB 542 qeydiyyat nişanlı maşın toqquşub.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Bağırova Günel Məzahir qızı xəstəxanaya yerləşdirlib. Xəsarətləri o qədər də ciddi deyil. Onların 6 aylıq övladı, 2016-cı il təvəllüdlü Bağırov Xalid vəfat edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir. Hadisə ilə bağlı hələ ki saxlanılan və ya həbs olunan yoxdur.

Bu maddə ilə təqsirləndirilən şəxsin cinayət əməli sübuta yetirilərsə, həmin şəxsi 2 ildən 6 ilədək həbs cəzası gözləyir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler